Yuxarı
    Bağlamaq

    Azərbaycan millisinin bayraqdarı olimpiadada mübarizəni dayandırıb

    Teymur Məmmədov 1/4 final döyüşündə məğlub olub

    Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Teymur Məmmədov 1/4 final döyüşünə çıxıb. "Report"un məlumatına görə, 23 yaşlı idmançı qazaxıstanlı Adilbek Niyazımbetovla üz-üzə gəlib.

    Görüş Niyazımbetovun üstünlüyü şəraitində keçib. İlk iki raundda hakimlər onun üstünlüyünü qeydə aldıqdan sonra Məmmədovun son raundda sarsıdıcı zərbə vurma cəhdləri nəticə verməyib.

    Beləliklə, 2012-ci il London olimpiadasının bürünc mükafatçısı və "Rio-2016"da Azərbaycanın bayraqdarı mübarizəni dayandıraraq, medalsız qalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi