Yuxarı
    Bağlamaq

    Azərbaycan idmançısı "Rio-2016"da gümüş medal qazanıb

    Demyanenko finişə 39,493 saniyəyə çatıb

    Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kanoeçi Valentin Demyanenko final mərhələsində çıxış edib.

    "Report"un məlumatına görə, 33 yaşlı idmançı 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə finişə 39,493 saniyəyə çatıb. Bununla da Demyanenko gümüş medal qazanıb.

    Bu, 4 qat dünya və 4 qat Avropa çempionunun ilk olimpiya medalı olub.

    Ukraynalı legionerin həmyerlisi Yuri Çeban finişə 39,279 saniyəyə çataraq, ardıcıl 2-ci dəfə olimpiya çempionu olub. O, həm də olimpiadalar tarixində ən yüksək nəticəni göstərib. Bürünc medala isə 39,628 saniyə göstərici ilə braziliyalı İsakias Keyruş Dos Santos layiq görülüb.

    Qeyd edək ki, Valentin Demyanenko Azərbaycana 4-cü gümüş, ümumilikdə isə 8-ci medalı qazandırıb. Daha öncə cüdoçu Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq), eləcə də qadın güləşçi Mariya Stadnik (48 kq) gümüş, yunan-Roma güləşçiləri Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq), eləcə də kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) və taekvondoçu Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

    Bundan başqa, Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko Radomskaya final mərhələsində çıxış edib. 34 yaşlı idmançı 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşdə finişə 1 dəqiqə 56 saniyə 573 saniyəyə çatıb. Bununla da Osipenko-Radomskaya yürüşü 8-ci pillədə başa vurub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi