Yuxarı
    Bağlamaq

    Sabah Şəriəti bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq - ƏLAVƏ OLUNUB

    Səbəb türkiyəli güləşçinin finala çıxmasıdır

    İlk xəbər saat 18:11-də verilib

    Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən daha bir yunan-Roma güləşçisi Sabah Şəriəti mübarizəyə başlayıb. 

    "Report"un məlumatına görə, iranlı legioner 1/8 finalda ABŞ təmsilçisi Robert Timoti Devid Smitlə üz-üzə gəlib.

    Görüş Şəriətinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 8:2. 1/4 finalda Azərbaycan güləşçisinin rəqibi türkiyəli ikiqat dünya və 5 qat Avropa çempionu Rıza Kayaalp olub. Bu dəfə Kayaalp qalib gəlib - 5:0. Lakin türkiyəli pəhləvan finala yüksəldiyi üçün Şəriəti təsəlliverici görüşlərə qatılacaq. 

    Bu gün saat 23:00-da başlanacaq qarşılaşmada onun rəqibi venesuelalı Ervin Xose Kabalyero Kabrera olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi