Yuxarı
    Bağlamaq

    Azərbaycan güləşçisi Rio-2016-da bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq - ƏLAVƏ OLUNUB

    Səbəb rusiyalı güləşçinin finaladək irəliləməsidir

    İlk xəbər 17:14-də verilib

    Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Saman Təhmasibi mübarizəyə başlayıb. 

    "Report"un məlumatına görə, iranlı legioner 1/16 finalda rusiyalı Davit Çakvetadze ilə qarşılaşıb.

    Görüş ilk hissədə qazandığı 3 xal sayəsində Çakvetadzenin qələbəsi ilə başa çatıb. Bununla belə, Təhmasibi bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq. Səbəb rusiyalı güləşçinin finaladək irəliləməsidir.

    Qeyd edək ki, təsəlliverici görüşlərə saat 23:00-da start veriləcək. Bu mərhələdə iranlı legionerin ilk rəqibi həmyerlisi Həbibulla Axlaği olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi