Yuxarı
    Bağlamaq

    Azərbaycan futbol yığmasının İslamiada üçün ilkin heyəti açıqlanıb

    Heyətə 37 oyunçu dəvət olunub

    Bakı. 12 aprel. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək 23 yaşadək futbolçulardan ibarət yığma komandanın ilkin heyəti açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Yaşar Vahabzadə hazırlıq prosesinə 37 oyunçu dəvət edib. 

    Onlardan 6-sı əcnəbi klublarda forma geyinir. Yaşı 23-dən yuxarı olan futbolçular isə Ruslan Abışov, Rauf Əliyev, Rəşad Sadiqov, Elvin Məmmədov və Ağabala Ramazanovdur. Qaydalara əsasən, onlardan komandada cəmi 3-ü saxlanılacaq.

    ADI, SOYADIKLUB
    Məqsəd İsayevNeftçi
    Maksim VayloNeftçi
    Ruslan AbışovNeftçi
    Rahil MəmmədovNeftçi
    Fəhmin MuradbəyliNeftçi
    Mirabdulla AbbasovSumqayıt
    Yusif NəbiyevSumqayıt
    Tərlan ƏhmədliSumqayıt
    Nicat MuxtarovSumqayıt
    Azər SalahlıSumqayıt
    Bəhlul MustafazadəSumqayıt
    Şahrudin MaqomedaliyevQarabağ
    Elşən AbdullayevQarabağ
    Mahir MədətovQarabağ
    Coşqun DiniyevQarabağ
    Ağabala RamazanovQarabağ
    Rəşad SadiqovQəbələ
    Elvin CamalovQəbələ
    Tellur MütəllimovQəbələ
    Qismət AlıyevQəbələ
    Vüsal İsgəndərliZirə
    Elvin MəmmədovZirə
    Vüqar MustafayevZirə
    Adil NağıyevZirə
    Sadiq QuliyevZirə
    Kamal MirzəyevAZAL
    Azad KərimovKəpəz
    Orxan ƏliyevKəpəz
    Abbas Hüseynovİnter
    Rauf Əliyevİnter
    Emil BalayevSəbail
    Budaq NəsirovSportinq (Portuqaliya)
    Elnur CəfərovDugopolye (Xorvatiya)
    Ziya ƏzizovDen Boş (Hollandiya)
    Ozan Can KokcuFeyenoord (Hollandiya)
    Dmitri NağıyevFC Dnipro (Ukrayna)
    Taşkın İlterDənizlispor (Türkiyə)

    Qeyd edək ki, son siyahı aprelin 25-dən sonra açıqlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi