Yuxarı
    Bağlamaq

    Azərbaycan boksçusu Kamran Şahsuvarlı olimpiadada bürünc medal qazanıb

    O, yarımfinalda kubalı rəqibinə məğlub olub

    Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı yarımfinal döyüşünə çıxıb.

    "Report"un məlumatına görə, rəqib kubalı dünya çempionu Arlen Lopes olub.

    Görüş Lopesin üstünlüyü şəraitində keçib. Bunun nəticəsində o, hər 3 raundu qələbə ilə başa vurub.

    Beləliklə, Şahsuvarlı Azərbaycanın "Rio-2016"da 9-cu medalını rəsmiləşdirib. Bunadək cüdoçu Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq), qadın güləşçi Mariya Stadnik (48 kq) və kanoeçi Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş) gümüş, yunan-Roma güləşçiləri Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq), eləcə də kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) və taekvondoçu Patimat Abakarova (49 kq) bürünc medal qazanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi