Yuxarı
    Bağlamaq

    Azərbaycan bayraqdarı paralimpiadada mübarizəyə qoşulur

    İlham Zəkiyev 1/4 finalda çıxış edəcək

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Braziliyada keçirilən XV Yay Paralimpiada Oyunlarında bu gün Azərbaycanın daha 9 idmançısı mübarizə aparacaq. 

    "Report"un məlumatına görə, paralimpiyaçılar cüdo, atletika, üzgüçülük və kamandan oxatma yarışlarında qüvvəsini sınayacaqlar.

    İlk olaraq kamandan oxatmada Zinyət Vəliyeva hədəfi dəqiq nişan almağa çalışacaq. Yarışlar Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Atletlərdən Oloxan Musayev disk atma yarışında çıxış edəcək. Həlledici yarışda medal qazanan paralimpiyaçılar müəyyənləşəcək. Final saat 17:00-da start götürəcək. Kişilərin 100 metr məsafəyə qaçışında Elçin Muradov medallar uğrunda mübarizəyə qoşulacaq. Azərbaycanlı paralimpiyaçı uğurlu çıxış edəcəyi halda sentyabrın 11-də baş tutacaq yarımfinalda iştirak hüququ qazanacaq. Saat 17:26-dan etibarən Muradovun yer aldığı 3 qrupun yarışları başlayacaq.

    Cüdoçulardan 100 kq çəkidə Kənan Abdulxanlı 1/8 finalda ukraynalı Oleksandr Pominovu məğlub etməyə çalışacaq. Qalib gələn paralimpiyaçı 1/4 finalda koreyalı Çoi Qvanqqeu ilə üz-üzə gələcək. Azərbaycanın paralimpiadadakı bayraqdarı İlham Zəkiyev də bu gün tatami üzərinə çıxacaq. Zəkiyev ağır çəkidə (+100 kq) 1/4 finalda mübarizə aparacaq. Bayraqdar Adilcan Tuledibayev (Özbəkistan) - Benjamin Qudriç (ABŞ) duelinin qalibi ilə mübarizə aparacaq. Cüdo yarışları saat 17:00-da başlayacaq.

    Üzgüçülərdən Raman Saley və Dmitri Saley qardaşları çıxış edəcək. Bu yarışa 17:47-də start veriləcək. Digər paralimpiyaçımız Oleq Panyutin və Kamil Əliyev isə saat 17:47-də başlayacaq uzunluğa tullanma yarışlarında mübarizəyə qoşulacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi