Yuxarı
    Bağlamaq

    Ayxan Mamayev: “İslamiadada qızıl medal qazanmaq bir arzu idi”

    Öz qələbəmi şəhidlərimizə həsr edirəm© Report.az

    Bakı. 15 may. REPORT.AZ/ “Çox sevinirəm. Çünki, bu, vətənimizdə keçirilən yarışdır. Bu günə qədər Azərbaycanda baş tutan heç bir turnirdə məğlub olmamışam. İslamiadada qızıl medal qazanmaq bir arzu idi”. 

    “Report”un məlumatına görə, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 84 kq çəki dərəcəsində qızıl medal qazanan karateçi Ayxan Mamayev söyləyib.

    26 yaşlı idmançı bildirib ki, yarışın 1/4 finalında əlcəzairli Muad Aşaşa qarşı döyüşü daha çətin keçib. O, əsas hədəfinin Yay Olimiya Oyunlarında qalib gəlməkdən ibarət olduğunu vurğulayıb: “İkinci görüşüm daha çətin keçdi. Əlcəzair idmançısına bir dəfə uduzmuşdum. Amma bu dəfə qələbə qazandım. Öz qələbəmi şəhidlərimizə həsr edirəm. Bildiyiniz kimi artıq karate də olimpiyadanın proqramına daxil edilib. “Tokio-2020"də qızıl medal qazanmaq üçün əlimdən gələni edəcəm”.

    Qeyd edək ki, Ayxan Mamayev 2013-cü ildə İndoneziyada keçirilmiş İslamiadada və “Bakı 2015” I Avropa Oyunlarında qızıl medal əldə edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi