Yuxarı
    Bağlamaq

    ​Ağacan Əbiyev: "Olimpiya oyunları bizim ən yüksək nəticələr əldə etdiyimiz yarışlar olacaq"

    Bu olimpiadada medallarımızın sayı London olimpiadasından da çox olacaq

    Bakı. 2 avqust. REPORT.AZ/ "Olimpiya oyunları bizim ən yüksək nəticələr əldə etdiyimiz yarışlar olacaq".

    "Report"un məlumatına görə, bunu Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Əbiyev deyib.

    O, bunu Azərbaycan idmançılarının təcrübə toplamaları ilə əsaslandırıb. "Ona görə ki, boksçularımızın 3-ü dünya, 4-ü Avropa çempionudur. Daha 3 nəfər də olimpiya oyunlarında bürünc medal qazanıblar. İndiyə qədər 6 bürünc medalımız var. Bu yarışlarda Azərbaycan boksçuları qızıl və gümüş medallar qazanacaqlar" – deyə Ağacan Əbiyev bildirib.

    Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti qeyd edib ki, komandamızın tərkibində çıxış edən idmançıların - dünya və Avropa çempionlarının olimpiya oyunlarında qızıl, gümüş medal qazanacaqlarına inanır. O, güləşçilərimizin də yüksək naziliyyətlər əldə edəcəklərinə inandığını deyib.

    "Bu olimpiadada medallarımızın sayı London olimpiadasından da çox olacaq. İdmana qayğı, dəstək var. Bircə qalır idmançılarımızın özlərini göstərmələri. Onlar da hazırdırlar" – deyə Ağacan Əbiyev əlavə edib.       

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi