Yuxarı
    Bağlamaq

    ABŞ-da qapıçı rəqibi təhqir etdiyi üçün milli komandadan kənarlaşdırılıb

    Olimpiya Oyunları nəticədən əvvəl ədalətli oyunu və hörməti ön planda tutur

    Bakı. 25 avqust. REPORT.AZ/ ABŞ Futbol Federasiyası qadınlardan ibarət yığma komandanın qapıçısı Hope Solonu 6 aylıq diskvalifikasiya edib. "Report"un məlumatına görə, buna 35 yaşlı qapıçının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının 1/4 finalında İsveçə məğlub olduqdan sonra verdiyi açıqlamalar səbəb olub.

    H.Solo oyundan sonra rəqiblərini "qorxaqlar sürüsü" adlandırıb. Federasiya prezidenti Sunil Qulati məsələ ilə bağlı bunları bildirib: "Olimpiya Oyunları nəticədən əvvəl ədalətli oyunu və hörməti ön planda tutur. Bizi təmsil edən bütün idmançılardan bu dəyərlərə hörmət etmələrini gözləyirik".

    Qapıçı sosial şəbəkədəki şəxsi hesabından işlətdiyi ifadələrin doğru olmadığını deyib: "Düzgün sözlər işlətməmişəm. Elə insan deyiləm. Əks halda, indi futbolçu olaraq bu nöqtəyə gələ bilməzdim. Karyeram ərzində komandam üçün ən yaxşısını istəmişəm. Futbola sevgim davam etdiyi müddətdə bu məqsədim üçün çalışmağa davam edəcəyəm".

    Qeyd edək ki, ABŞ 1/4 final görüşündə İsveçə məğlub olaraq mübarizəni dayandırıb. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığından, qalibin kimliyinə penaltilər seriyasında aydınlıq gəlib. On bir metrlik zərbələrdə İsveç daha dəqiq olub - 4:3.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi