Yuxarı
    Bağlamaq

    57 ölkədən 50-si IV İslam Həmrəyliyi Oyunlarında iştiraklarını təsdiqləyib

    7 ölkənin maliyyə ilə bağlı bəzi problemləri var

    Bakı. 2 fevral. REPORT.AZ/ "Bakıda keçiriləcək IV İsam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı bütün məsələlər vaxtlı-vaxtında həll olunur". 

    "Report" xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, hazırlıq prosesində növbəti addım nəqliyyat sistemi ilə bağlı işlərdir: "Avropa Oyunlarında çoxlu avtobus sifariş olunmuşdu. Bu dəfə başqa variant fikirləşmişik. Daha ucuz və əlverişli vasitə tapılıb. Əsas odur ki, idmançılar razı qalsınla və yarış məkanlarına vaxtlı-vaxtında çatdırılsınlar". 

    Nazir bildirib ki, əsas vəzifələri bütün 57 ölkənin İslamiadada iştirakını təmin etməkdir: "Bütün kompleklərdə işlər gedir. Çatışmayan avadanlıqlar sifariş olunub. Bu gün əsas vəzifəmiz odur ki. 57 İslam ölkəsinin hamısının yarışda iştirakını təmin edək. Bu rekordu da vuraq. 50 ölkədən təsdiq cavabı almışıq. 7 ölkənin nümayəndə heyəti bəzi səbəblərə görə gələ bilmir. Bir neçəsinin maliyyə problemi var. Çalışırıq ki, onlara da kömək edək".

    Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi