Türkiyəli nazir: “Azərbaycan İslamiadada ev sahibi olmağın üstünlüyündən bəhrələndi”

Türkiyəli nazir: “Azərbaycan İslamiadada ev sahibi olmağın üstünlüyündən bəhrələndi” Akif Çağatay Kılıç: "Göstərdiyimiz nəticələr gələcək uğurlardan xəbər verir”
Fərdi
5 İyul , 2017 10:40
Türkiyəli nazir: “Azərbaycan İslamiadada ev sahibi olmağın üstünlüyündən bəhrələndi”

Bakı. 5 iyul. REPORT.AZ/ “IV İslam Həmrəyliyi Oyunlarında 195 medal ilə ikinci olduq. Ümumi medal sayında liderlik etsək də, Azərbaycanın “qızıl”ı daha çox olduğu üçün birinci yeri tutdu”.

“Report”un məlumatına görə, bunu Anadolu Agentliyinin "AA Spor Masası"nın ilk qonağı olan Türkiyənin gənclik və idman naziri Akif Çağatay Kılıç deyib.

Nazir bildirib ki, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan ev sahibi olmağın üstünlüyündən bəhrələnib. O, türkiyəli idmançıların yarışda uğurlu çıxış etdiklərini vurğulayıb: "Yarışlardakı vaxt göstəricilərinə diqqət etmək lazımdır. Türkiyə rekordlarının qırılması, digər beynəlxalq yarışlardakı nəticələrə yaxınlaşmanı da qeyd edərdim. Bununla bərabər İslamiadada nizəatma yarışında qızıl medalın qazanıldığı məsafəni keçdik. Bunlar bizə gələcək uğurlu nəticələrdən xəbər verir. İnanıram ki, daha da uğurlu nəticələr göstərəcəyik". 

Qeyd edək ki, Azərbaycan komandası İslamiadada 75 qızıl, 50 gümüş və 37 bürünc olmaqla, 162 medalla başa vuraraq, medal əyarında birinci yeri tutub. V İslam Həmrəylik Oyunları 2021-ci ildə Türkiyədə təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi