Bakı. 8 avqust. REPORT.AZ/ "Çox xoşbəxtəm ki, mübarizəyə uğurla başladım". "Report"un məlumatına görə, bunu Azərbaycanın Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Teymur Məmmədov deyib.
İlk döyüşündə ukraynalı Denis Solonenko üzərində qələbə qazanan bayraqdar ilk bunları bildirib: "Bayraqdar olmağım mənə çox böyük güc, inam verdi. Bu qələbəmi bütün Azərbaycan xalqına həsr edirəm. Məni dəstəklədiyi üçün hər kəsə minnətdaram".
Qeyd edək ki, 1/8 finalda Məmmədovun rəqibi Peter Mullenberq (Hollandiya) olacaq. Qarşılaşma avqustun 12-də saat 03:30-da başlanacaq.