Taekvondoçu Fəridə Əzizova Olimpiadanı 5-ci pillədə başa vurub

Taekvondoçu Fəridə Əzizova Olimpiadanı 5-ci pillədə başa vurub O, bürünc medal görüşündə məğlub olub
Fərdi
20 Avqust , 2016 04:13
Taekvondoçu Fəridə Əzizova Olimpiadanı 5-ci pillədə başa vurub

Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın taekvondoçu Fəridə Əzizova bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 67 kq. çəki dərəcəsində son təsəlliverici görüşdə rəqib Rut Mari Kristel Qbaqvi (Kot-d-İvuar) olub.

İlk hissədə Qvaqbi 3:1 hesablı üstünlük əldə edib. İkinci hissədə o, daha 4 xal qazanıb - 7:1. Sonuncu raundda isə tərəflərdən heç biri xal qazana bilməyib.

Beləliklə, Əzizova Olimpiadanı 5-ci pillədə başa vurub. 

Son xəbərlər

Orphus sistemi