Bakı. 10 may. REPORT.AZ/ Braziliya yığmasının sabiq futbolçusu Rivaldo insanları ölkəsində keçiriləcək 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qatılmaqdan imtina etməyə çağırıb.
"Report"un məlumatına görə, dünya çempionu bunu ölkəsində təhlükənin olması ilə əlaqələndirib.
Sabiq hücumçu Braziliyanın hazırda insan həyatı üçün təhlükəli olduğunu bildirib: "Braziliyaya gəlməyi və olimpiadanı izləməyi planlaşdıranları evdə qalmağa çağırıram. Burada sizin həyatınız üçün təhlükə var".
Qeyd edək ki, olimpiada 5-21 avqustda keçiriləcək.