​Rumın nazir: "İdmançılar qadağan olunmuş preparatlardan istifadə ediblərsə, cəzalarını çəkməlidirlər"

​Rumın nazir: "İdmançılar qadağan olunmuş preparatlardan istifadə ediblərsə, cəzalarını çəkməlidirlər" "Kayak və kanoe növündə çıxış edən idmançıların olimpiadadan kənarlaşdırılması böyük itkidir"
Fərdi
21 İyul , 2016 07:43
​Rumın nazir: İdmançılar qadağan olunmuş preparatlardan istifadə ediblərsə, cəzalarını çəkməlidirlər

Buxarest. 21 iyul. REPORT.AZ/ Rumıniyanın kayak və kanoe üzrə sprinter komandalarının Olimpiya Oyunlarından kənarlaşdırılması böyük itkdir, lakin onlar qadağan olunmuş preparatlardan istifadə ediblərsə, cəzalarını çəkməlidirlər.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu sözləri Rumıniyanın Gənclər və İdman naziri Elizabeta Lipa Rumıniya Milli Olimpiya Komitəsində XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Rumıniya atletlərinin idman formalarının təqdimetmə mərasimində bildirib.

Xanım nazir əlavə edib ki, idmançılar uğur əldə etmələri üçün mütləq qaydalar çərçivəsində səylə məşq etməlidirlər.

“Gələcək nəsil idmançılar bilməlidirlər ki, qadağan olunmuş preparatları istifadə etməklə idmanda yaxşı nəticələr qazanmaq olmaz. Hesab edirəm ki, bu təcrübədən yararlanmaq düzgün deyil və bu işdə “ilişənlər” elədiklərinə görə cavab verməlidirlər”, - deyə nazir E. Lipa vurğulayıb.

Beynəlxalq Kanoe Federasiyası Rumıniya millisini çoxsaylı dopinq hadisələrinə görə, Olimpiya Oyunları da daxil olmaqla 1 il ərzində beynəlxalq yarışlardan kənarlşadırıb.

Rumın idmançılar Olimpiya Oyunlarında 98 əsas və 7 ehtiyat idmançı ilə 15 idman növündə medallar uğurunda mübarizə aparacaq. Bu gün isə Rumıniya prezidenti Klaus Yohannis Prezident Sarayı – Kotroçendə XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək nümayəndə heyətilə görüşəcək. Dövlət başçısı Olimpiya Oyunlarının açılışı zamanı komandanın bayraqdarı olacaq gimnast Katalina Ponora dövlət bayrağını təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi