Rio-2016: Rövşən Bayramov bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB

Rio-2016: Rövşən Bayramov bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB O, Yaponiya təmsilçisinə uduzub
Fərdi
14 Avqust , 2016 19:18
Rio-2016: Rövşən Bayramov bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB

Bakı. 14 avqust. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yunan-Roma güləşçimiz Rövşən Bayramov yarımfinal görüşünə çıxıb.

"Report" xəbər verir ki, 59 kq. çəki dərəcəsində çıxış edən Bayramov Yaponiya təmsilçisi Şinobu Ota ilə üz-üzə gəlib. 

Görüş yapon güləşçisinin qələbəsi ilə başa çatıb. 

Rövşən Bayramov bürünc medal qazanmaq üçün təsəlliverici görüşlərə çıxacaq. 



***18:40

Bu gün 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yunan-Roma güləşçimiz Rövşən Bayramov döşək üzərinə çıxıb.

"Report" xəbər verir ki, 59 kq. çəki dərəcəsində çıxış edən Bayramov ABŞ təmsilçisi Xese David Telke üzərində 9:0 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.

Son xəbərlər

Orphus sistemi