Rio-de-Janeyronun Atletlər Kəndində Azərbaycan bayrağı yüksəldilib

Rio-de-Janeyronun Atletlər Kəndində Azərbaycan bayrağı yüksəldilib Mərasim bu gün baş tutub
Fərdi
5 Sentyabr , 2016 18:14
Rio-de-Janeyronun Atletlər Kəndində Azərbaycan bayrağı yüksəldilib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Braziliyanın Rio-de-Janeyro şəhərində 2016-cı il Yay Paralimpiya Oyunları üçün ayrılmış Atletlər Kəndində Azərbaycan bayrağı qaldırılıb. "Report"un məlumatına görə, bayraq qaldırma mərasimi bu gün həyata keçirilib.

Sentyabrın 3-də Azərbaycanı təmsil edən paralimpiyaçılar Kəndə yerləşdirilib.

Qeyd edirik ki, Azərbaycan komandası XV Yay Paralimpiya Oyunlarında 6 idman növündə 21 idmançı ilə təmsil olunacaqlar.

Son xəbərlər

Orphus sistemi