Azərbaycanın Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bayraqdarı açıqlanıb

Azərbaycanın Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bayraqdarı açıqlanıb Azad Rəhimov: "Son qərarı Milli Olimpiya Komitəsi verəcək"
Fərdi
23 İyun , 2016 11:37
Azərbaycanın Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bayraqdarı açıqlanıb

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan milli komandasının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bayraqdarı boksçu Teymur Məmmədov ola bilər.

"Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. 

Nazir bildirib ki, T.Məmmədovun bayraqdar olması bu gün Bakıdakı Dünya Təsnifat Turnirində 1/4 final döyüşündən qalib ayrılaraq, olimpiadaya lisenziya qazanacağı halda rəsmiləşəcək: "Biz Məmmədovun namizədliyini təklif etmişik. Yekun qərarı isə Milli Olimpiya Komitəsi verəcək".

Qeyd edək ki, Teymur Məmmədov 81 kq çəki dərəcəsində çıxış edir. Məmmədov "Bakı 2015" I Avropa Oyunlarında qızıl, 2012-ci il London Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Bu gün o, mərakeşli Hassan Saadı yenəcəyi halda, "Rio-2016"ya lisenziyasını rəsmiləşdirəcək. 

Son xəbərlər

Orphus sistemi