​"Rio-2016": Qadın futbolçuların mübarizəsində finalçılar müəyyənləşib

​"Rio-2016": Qadın futbolçuların mübarizəsində finalçılar müəyyənləşib Bürünc medal uğrunda Braziliya və Kanada mübarizə aparacaq
Fərdi
17 Avqust , 2016 10:20
​Rio-2016: Qadın futbolçuların mübarizəsində finalçılar müəyyənləşib

Bakı. 17 avqust. REPORT.AZ/ Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında qadın futbolçuların mübarizəsində finalçılar müəyyənləşib.

"Report"un məlumatına görə, həlledici görüşdə İsveç və Almaniya yığmaları mübarizə aparacaq.

Finala gedən yolda Almaniya Kanada yığmasını 2:0 hesabı ilə məğlub edib. İsveç və ev sahibi Braziliya arasındakı görüşün əsas və əlavə vaxtında qapılara qol vurulmadığından qalib penaltilər seriyasında müəyyən olunub. İsveç penalti zərbələrini daha dəqiq yerinə yetirərək adını finala yazdırıb - 4:3.

Bürünc və qızıl medallar uğrunda görüşlər avqustun 19-da keçiriləcək.

Kişilərin mübarizəsində isə finalçılar bu gecə məlum olacaq.

Qeyd edək ki, "Rio-2016"da futbol yarışlarına avqustun 20-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi