"Rio-2016"nın mükafatçısı: "Medal alacağımı yuxuda görmüşdüm"

"Rio-2016"nın mükafatçısı: "Medal alacağımı yuxuda görmüşdüm" "İstəyim qızıl idi, ancaq bürünc medal almaq da yaxşı nəticədir"
Fərdi
15 Avqust , 2016 12:07
Rio-2016nın mükafatçısı: Medal alacağımı yuxuda görmüşdüm

Bakı. 15 avqust. REPORT.AZ/ Rio-de-Janeyroda keçirilən yay Olimpiya Oyunlarında bürünc medal qazanan Əlmurat Tasmuradov medal qazanacağını yuxuda görüb.

"Report"un məlumatına görə, 59 kq çəkidə çıxış bürünc medal qazanan yunan-Roma güləşçisi bunu olimpiadadan öncə bildiyini deyib.

O, bu barədə ailəsinə danışdığını bildirib: "Olimpiadada medalsız qalmayacağımı yuxumda görmüşdüm. Bu hələ Rio-de-Janeyroya yola düşməzdən əvvəl olub. Gördüm ki, əlimdə bayrağımızla qaçıram. Ailəmə də narahat olmamalarını, medal qazanacağımı dedim. Çünki buna əmin idim. İstəyim qızıl idi, ancaq bürünc medal almaq da yaxşı nəticədir. Üçüncülük görüşündə məğlub olsaydım, özümü bağışlamazdım. Çünki mənə federasiya rəhbərləri, prezident, baş məşqçilər, əzizlərim, azarkeşlərim - hamısı dəstək olub".

Qeyd edək ki, həmin çəkidə çıxış edən Rövşən Bayramov norveçli Stiq-Andre Bergeyə uduzaraq medalsız qalıb.

Son xəbərlər

Orphus sistemi