XXXI Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Mingəçevirdə olub

XXXI Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Mingəçevirdə olub Avarçəkən Demyanenko üçün təntənəli mərasim təşkil olunub
Fərdi
27 Avqust , 2016 20:34
XXXI Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Mingəçevirdə olub

Mingəçevir. 27 avqust. REPORT.AZ/ Mingəçevirin "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində kanoeçi Valentin Demyanenkonun "Rio-2016"da gümüş medal qazanması münasibətilə təntənəli mərasim keçirilib.

"Report"un məlumatına görə, 33 yaşlı idmançı əvvəlcə Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) rəsmiləri ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi qoyub.

Daha sonra Demyanenko Mingəçevirin idman ictimaiyyəti, gənc avarçəkənləri ilə görüşüb, onlarla xatirə şəkli çəkdirib. Daha sonra o, AMAF-ın vitse-prezidenti Natiq Abbasov və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi ilə birgə mətbuat konfransı keçirib.

Son xəbərlər

Orphus sistemi