Bakı. 16 avqust. REPORT.AZ/ Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında bədbəxt hadisə baş verib.
"Report"un məlumatına görə, Olimpiya kəndində yerləşdirilən hörümçək kamera tamaşaçıların üzərinə düşüb.
Təşkilatçılar 3 tamaşaçının yüngül xəsarət aldığını bildirib. Xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, "Rio-2016"ın startından bu günə qədər oğurluqlar və müxtəlif qəzalar baş verir.