Rio-2016: Azərbaycan atleti nüvə itələmə üzrə yarışlarda 4-cü olub

Rio-2016: Azərbaycan atleti nüvə itələmə üzrə yarışlarda 4-cü olub Digər idmançımız zədə üzündən yarışa qatılmayıb
Fərdi
17 Sentyabr , 2016 02:15
Rio-2016: Azərbaycan atleti nüvə itələmə üzrə yarışlarda 4-cü olub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan atleti 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında 4-cü yerlə kifayətlənib.

"Report" xəbər verir ki, Rəfiyev Rüfət nüvə itələmə idman növü üzrə çıxış edərək 13.72 metr nəticə göstərib.

Digər atletimiz Elmir Cəbrayılov zədə aldığı üçün bu gün yarışa qatılmayıb. Həmçinin üzgüçümüz Dmitri Saleh 100 metrə sərbəst üzmək üsulunda 54.73 nəticə göstərərək mübarizəni 8-ci yerdə bitirib.

Son xəbərlər

Orphus sistemi