Rəsul Çunayev Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb

Rəsul Çunayev Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb 25 yaşlı idmançı bu mərhələdə Cənubi Koreya idmançısı ilə qarşılaşıb
Fərdi
17 Avqust , 2016 00:09
Rəsul Çunayev Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan yunan-Roma güləşçisi Rəsul Çunayev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançı təsəlliverici görüşdə cənubi koreyalı Hansu Ryu üzərində təmiz qələbə qazanıb.

Görüş cəmi 2 dəqiqə 15 saniyə davam edib. Parterdə olan rəqibini bir neçə dəfə başı üzərindən çevirən Çunayev, görüşü 8:0 hesablı qələbə ilə tamamlayıb.

66 kq

Bürünc medal görüşü - Hansu Ryu (KOR) - Rəsul Çunayev 0:8

1/2 final - Miqran Arutunyan (ARM) - Rəsul Çunayev 4:1

1/4 final - Tarek Aziz Benaissa (ALG) - Rəsul Çunayev 2:10

1/8 final - İslam-beka Albiyev (RUS) - Rəsul Çunayev 2:3

1/16 final - Miguel Martinez Palacio (CUB) - Rəsul Çunayev 2:4

Qeyd edək ki, bu, Azərbaycanın yunan-Roma güləşində 2-ci bürünc medalı olub. Beləliklə, "Rio-2016"da ölkəmizin qazandığı medalların sayı 5-ə çatıb. Bunadək cüdoçular Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) gümüş, yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) və kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) bürünc medala sahib olub. Eyni zamanda boksçu Kamran Şahsuvarlı (75 kq) yarımfinaladək irəliləyərək, ən azı bürünc medalı təmin edib.

Son xəbərlər

Orphus sistemi