“Report” İnformasiya Agentliyinin fotoqrafları İslamiadadakı fəaliyyətlərinə görə mükafatlandırılıblar

“Report” İnformasiya Agentliyinin fotoqrafları İslamiadadakı fəaliyyətlərinə görə mükafatlandırılıblar "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçirilib
Fərdi
11 İyul , 2017 17:50
“Report” İnformasiya Agentliyinin fotoqrafları İslamiadadakı fəaliyyətlərinə görə mükafatlandırılıblar

Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçirilib. 

“Report”un məlumatına görə, Muzey Mərkəzində baş tutan tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri - Çingiz Hüseynzadə, Xəzər İsayev və digər rəsmi şəxslər iştirak ediblər.

Açılış sözü ilə çıxış edən Ç.Hüseynzadə bildirib ki, Azərbaycan idmançıları İslamiadada fantastik nəticələr göstəriblər. O, təşkilati işlərdə fotoqrafların rolunu xüsusi ilə qeyd edib: “Əlli dörd fotoqrafın işi daim yaddaşlarda, arxivlərdə qalacaq. Sərgi iştirakçılarını təbrik edirəm”.

Daha sonra fotoqrafiyanın inkişafına verdiyi dəstəyə görə A.Rəhimov Azərbaycan Fotoqraflar Birliyi adından fəxri diplomla mükafatlandırılıb.

Həmçinin İslamiadanın işıqlandırılmasında xidmətlərinə görə 54 fotoqraf müxtəlif nominasiyalar üzrə təltif olunublar. Mükafatçılar sırasında “Report” İnformasiya Agentliyinin fotoqrafları - Elşən Babayev və Firudin Səlimov da var.

Mükafatları A.Rəhimov, Ç.Hüseynzadə və X.İsayev təqdim ediblər.

Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12 – 22-də Bakıda keçirilib.

Son xəbərlər

Orphus sistemi