Paralimpiyaçı cüdoçulardan ibarət Azərbaycan milli komandası Gürcüstana təlim-məşq toplanışına yollanıb

Paralimpiyaçı cüdoçulardan ibarət Azərbaycan milli komandası Gürcüstana təlim-məşq toplanışına yollanıb Toplanış Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlıq xarakteri daşıyır
Fərdi
14 Fevral , 2017 12:02
Paralimpiyaçı cüdoçulardan ibarət Azərbaycan milli komandası Gürcüstana təlim-məşq toplanışına yollanıb

Bakı. 14 fevral. REPORT.AZ/ Paralimpiyaçı cüdoçulardan ibarət Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərinə təlim-məşq toplanışına yollanıb.

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, 13 gün davam edəcək toplanış Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlıq xarakteri daşıyır.

İslamiadanın proqramına cüdo və atletika olmaqla, iki paralimpiya idman növü əlavə edilib. Azərbaycanı təmsil edəcək paralimpiyaçıların adları yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi