Azərbaycana "Rio-2016"da "Zika" virusundan qorunmaq üçün təlimatlar gəlib

Azərbaycana "Rio-2016"da "Zika" virusundan qorunmaq üçün təlimatlar gəlib Azad Rəhimov: "Bu virus daha çox hamilə və gələcəkdə ana olacaq qadınlara təhlükə yarada bilər"
Fərdi
8 Fevral , 2016 16:24
Azərbaycana Rio-2016da Zika virusundan qorunmaq üçün təlimatlar gəlib

Bakı. 8 fevral. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qatılacaq Azərbaycan nümayəndə heyəti "Zika" virusu epidemiyasından qorunmaq üçün təlimatlar alıb. "Report"un məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

O bildirib ki, Braziliyada yayılan epidemiya kişilərə yox, daha çox hamilə və gələcəkdə ana olacaq qadınlara təhlükə yarada bilər. Nazir idmançıları qorumaq üçün bütün vasitələrdən istifadə edəcəklərini bildirib: "Biz qısaqol köynəklər və şort geyməməyə dair təlimat da almışıq. Hər hansı virusa qarşı dərman olsa, ondan da istifadə edəcəyik. Xüsusi spreylərdən də yararlanacağıq. Hər hansı virus aşkarlansa, bu təlimatların hamısından yararlanacağıq".

Qeyd edək ki, "Rio-2016" avqustun 5-dən 21-dək keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi