Olimpiadada Azərbaycan idmançılarının 30 faizi medal qazanıb

Olimpiadada Azərbaycan idmançılarının 30 faizi medal qazanıb Azərbaycanın 38 idmançısı olimpiadadan medalsız qayıdır
Fərdi
22 Avqust , 2016 03:10
Olimpiadada Azərbaycan idmançılarının 30 faizi medal qazanıb

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən 56 idmançının hamısı çıxışını tam başa vurub.

"Report"un məlumatına görə, son yarış günündə 4 idmançıdan 3-ü fəxri kürsüyə qalxıb.

Həm sərbəst güləşçilər Toğrul Əsgərovla Xetaq Qazyumov, həm də boksçu Lorenso Sotomayor gümüş medala sahib çıxıb.

Atlet Evans Kiplaqat Barkovet (marafon qaçışı) isə 28-ci yerlə kifayətlənib (155 idmançı arasında).

Beləliklə, Azərbaycanın 38 idmançısı olimpiadadan medalsız qayıdır.

Onların 21-i - boksçular Yana Alekseyevna, Məhəmmədrəsul Məcidov, Abdulqadir Abdullayev və Albert Səlimov, yunan-Roma güləşçisi Saman Təhmasibi, qadın güləşçi Yuliya Ratkeviç, sərbəst güləşçi Cəmaləddin Məhəmmədov, velosipedçi Olqa İsmayılova, atletlər Evans Kiplaqat Barkovet, Anna Skidan və Hayle İbrahimov, cüdoçu Uşangi Kokauri, idman gimnastları Oleq Stepko və Petro Paxnyuk, bədii gimnast Marina Durunda, velosipedçi Yelena Pavluxina, akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti, kanoe-slalomçu Yure Meqliç, triatlonçu Rostislav Pevtsov və oxatan Olqa Senyuk legionerdir.

Azərbaycan təmsilçilərindən 18-i medal qazanıb. Onlardan 11-i - güləşçilər Mariya Stadnik, Nataliya Sinişin, Sabah Şəriəti, Xetaq Qazyumov, Şərif Şərifov, taekvondoçu Radik İsayev, Milad Beigi Harçeqani və Patimat Abakarova, kanoeçi Valentin Demyanenko, kayakçı İnna Osipenko-Radomska, boksçu Lorenso Sotomayor legionerdir. Yerli medalçılar isə cüdoçular Rüstəm Orucovla Elmar Qasımov, güləşçilər Toğrul Əsgərov, Rəsul Çunayev, Hacı Əliyev və Cəbrayıl Həsənovla yanaşı, boksçu Kamran Şahsuvarlıdır.

Azərbaycan idmançılarının "Rio-2016"da göstərdikləri nəticələr:

Güləş

Qadın güləşi

Mariya Stadnik (48 kq) - gümüş

Nataliya Sinişin (53 kq) - bürünc

Yuliya Ratkeviç (58 kq) - 5-ci yer

Yunan-Roma

Rəsul Çunayev (66 kq) - bürünc

Sabah Şəriəti (130 kq) - bürünc

Rövşən Bayramov (59 kq) - 5-ci yer

Elvin Mürsəliyev (75 kq) - 7-ci yer

Saman Təhmasibi (85 kq) - 13-cü yer

Sərbəst güləş

Toğrul Əsgərov (65 kq) - gümüş

Xetaq Qazyumov (97 kq) - gümüş

Hacı Əliyev (57 kq) - bürünc

Cəbrayıl Həsənov (74 kq) - bürünc

Şərif Şərifov (86 kq) - bürünc

Cəmaləddin Məhəmmədov (125 kq) - 12-ci yer

Cüdo

Elmar Qasımov (100 kq) - gümüş

Rüstəm Orucov (73 kq) - gümüş

Orxan Səfərov (60 kq) - 5-ci yer

Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yer

Nicat Şıxəlizadə (66 kq) - 1/8 finalda uduzub

Uşangi Kokauri (+100 kq) - 1/8 finalda uduzub

Boks

Lorenso Sotomayor (64 kq) - gümüş

Kamran Şahsuvarlı (75 kq) - bürünc

Elvin Məmişzadə (52 kq) - 1/4 finalda uduzub

Teymur Məmmədov (81 kq) - 1/4 finalda uduzub

Abdulqadir Abdullayev (91 kq) - 1/4 finalda uduzub

Albert Səlimov (60 kq) - 1/4 finalda uduzub

Yana Alekseyevna (60 kq - qadınlar) - 1/4 finalda uduzub

Məhəmmədrəsul Məcidov (+91 kq) - 1/8 finalda uduzub

Pərviz Bağırov (69 kq) 1/8 finalda uduzub

Rüfət Hüseynov (49 kq) - 1/16 finalda uduzub

Cavid Çələbiyev (56 kq) - 1/16 finalda uduzub

Taekvondo

Radik İsayev (+80 kq) - qızıl

Milad Beigi Harçeqani (80 kq) - bürünc

Patimat Abakarova (49 kq) - bürünc

Fəridə Əzizova (67 kq) - 5-ci yer

Kanoe-sprint

Kanoe

Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş) - gümüş

Kayak

İnna Osipenko Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş) - bürünc

İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüş) - 8-ci yer

Akademik avarçəkmə

Aleksandr Aleksandrov - Boris Yotov (2 nəfərlik qoşa avarlı qayıq - M2X) - 12-ci yeri tutub.

Kanoe-slalom

Yure Meqliç (1 nəfərlik kayak qayığı) - yarımfinalda 14-cü yer

Velosiped idmanı

Yelena Pavluxina (şosse velosipedi - qadınlar) - 35-ci yer

Maksim Averin (şosse velosipedi - kişilər) - finişə çata bilməyib

Olqa İsmayılova (keyrin) - yarımfinala yüksələ bilməyib

Olqa İsmayılova (sprint) - 27 iştirakçı arasında 13-cü yer

Bədii gimnastika

Marina Durunda (fərdi çoxnövçülük) - 9-cu yer

İdman gimnastikası

Oleq Stepko (fərdi çoxnövçülük) - finalda 22-ci yer

Petro Paxnyuk (fərdi çoxnövçülük) - 34-cü yer

Üzgüçülük

Fatimə Alkərəmova (100 metr məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer

Boris Kirillov (200 metr məsafəyə arxası üstə) - 26 iştirakçı arasında sonuncu yer

Atıcılıq

Ruslan Lunyov (pnevmatik tapançadan 10 metr məsafəyə atış) - seçmə mərhələdə 15-ci yer

Ruslan Lunyov (25 metr məsafəyə sürətli atış) - seçmə mərhələdə 15-ci yer

Triatlon

Rostislav Pevtsov (üzgüçülük, velosipedsürmə və qaçış hərəkətlərinin cəmində) - 39-cu yer

Qılıncoynatma

Səbinə Mikina (sablya) - 1/16 finalda uduzub

Oxatma

Olqa Senyuk (Kamandan oxatma) - 1/32 finalda uduzub

Atletika

Anna Skidan (çəkicatma) - seçmə mərhələdə B qrupunda 7-ci yer

Nazim Babayev (üçtəkanla uzununa tullanma) - 25-ci yer

Evans Kiplaqat Barkovet (marafon qaçışı) - 28-ci yer

Hayle İbrahimov (5000 metr məsafəyə qaçış) - seçmə mərhələdə 7-ci yer. Finala çıxa bilməyib.

Son xəbərlər

Orphus sistemi