Bakı. 23 may. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 5 qızıl medal qazanan güllə atıcısı Ruslan Lunyovun Almaniyanın Münhen şəhərindəki Dünya Kubokunda 11-ci yeri tutmasına münasibət bildirib. "Report"un məlumatına görə, nazir 11-ci yeri pis nəticə saymadığını bildirib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə İslamiadadan dərhal sonra belə nəticəni böyük uğur adlandırıb.