Mutko idman naziri postunu tərk etməyə hazırdır

Mutko idman naziri postunu tərk etməyə hazırdır "Rusiya milli komandasının Rio-de-Janeyroda keçiriləcək Olimpiada-2016-dan kənarlaşdırılması mənim üçün böyük uğursuzluq olardı"
Fərdi
25 İyun , 2016 13:55
Mutko idman naziri postunu tərk etməyə hazırdır

Bakı. 25 iyun. REPORT.AZ/ Rusiya idman naziri Vitali Mutko Rusiya milli komandasının Rio-de-Janeyroda keçiriləcək Olimpiada-2016-dan kənarlaşdırılmasının onun üçün böyük uğursuzluq olacağını bildirib.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, V.Mutko, həmçinin belə olacağı təqdirdə idman naziri postunu tərk edəcəyini vurğulayıb.

"Mən işimi tam məsuliyyətlə görməyə çalışıram. Bütün komanda Rio Olimpiadasından kənarlaşdırılsa, bu mənim üçün uğursuzluq olacaq. Belədə bütün məsuliyyəti üzərimə götürüb istefa verməli olacam", - deyə nazir "İdman sualı" verilişinin efirində deyib.

Qeyd edək ki, Olimpiya Oyunları 5-21 tarixlərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi