Kifayət Qasımova: "Qızıl medal qazanıb karyeramı bitirmək istəyirdim"

Kifayət Qasımova: "Qızıl medal qazanıb karyeramı bitirmək istəyirdim" "Hələ karyeramı bitirmək və ya davam etdirməklə bağlı qərar verməmişəm"
Fərdi
13 May , 2017 20:50
Kifayət Qasımova: Qızıl medal qazanıb karyeramı bitirmək istəyirdim
Report.az

Bakı. 13 may. REPORT.AZ/ "Əslində qızıl medal gözləyirdim. Dizimdə zədə var idi. Ona görə də "gümüş" qazandım".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 57 kq. çəki dərəcəsində 2-ci yeri tuan Azərbaycan cüdoçusu Kifayət Qasımova deyib.

K.Qasımova karyerası ilə bağlı qərarsız olduğunu bildirib:

"Hələ karyeramı bitirmək və ya davam etdirməklə bağlı qərar verməmişəm. Fikrimdə var idi ki, bu yarışda qızıl qazanım və karyeramı bitirim".

Son xəbərlər

Orphus sistemi