İran idmançıları Rio-de-Janeyrodakı Olimpiya kəndində qarət olunublar

İran idmançıları Rio-de-Janeyrodakı Olimpiya kəndində qarət olunublar İdmançılar qarət olunduqlarını şənəbə günü otaqlarına qayıtdıqdan sonra aşkarlayıblar
Fərdi
13 Avqust , 2016 17:55
İran idmançıları Rio-de-Janeyrodakı Olimpiya kəndində qarət olunublar

Bakı. 13 avqust. REPORT.AZ/ İranlı yüngül atletlər Ehsan Həddadi və Hassan Taftyan Rio-de-Janeirodakı Olimpiya kəndində qarət olunublar.

"Report" BBC-yə istinadən xəbər verir ki, E.Həddadinin min, H.Taftyanın isə 2 min ABŞ dolları oğurlanıb. İdmançılar qarət olunduqlarını şənəbə günü otaqlarına qayıtdıqdan sonra aşkarlayıblar.

E.Həddadi 2012-ci ildə London Olimpiadasında disk atışı yarışlarının gümüş mükafatçısıdır. O, Olimpiya Oyunlarında yüngül atletikada medal qazanmış ilk İran idmançısıdır. H.Taftyan isə Rio-de-Janeyro Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışında çıxış edəcək.

Xatırladaq ki, Rio-de-Janeyro Olimpiya Oyunları avqustun 21-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi