İslamiadanın qalibinə Türkiyədə 10 min lirə mükafat verilib

İslamiadanın qalibinə Türkiyədə 10 min lirə mükafat verilib Bələdiyyə sədri idmançını qəbul edib
Fərdi
24 May , 2017 17:48
İslamiadanın qalibinə Türkiyədə 10 min lirə mükafat verilib

Bakı. 24 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Türkiyə karateçisi Dilara Bozan 10 min türk lirəsi (təqribən 4500 manat) məbləğində mükafat alıb. 

"Report"un məlumatına görə, qadın idmançıya mükafatı Düzce bələdiyyəsinin sədri Mehmet Keleş təqdim edib.

Bozanı qəbul edən Keleş karatenin kata yarışının qalibinə yüksək nəticə münasibətilə təbriklərini çatdırıb.

İdmançının özü isə karatedə qalmasında atasının böyük əməyini qeyd edib: "Əvvəllər bir neçə dəfə idmanı buraxmaq istədim. Bu fikrimi atama dedikdə yaşlı kişi qarşımda ağladı. "O qədər əziyyət çəkdim, getmə" dedi. O gündən sonra mənim taleyimdə dönüş yarandı". 

Son xəbərlər

Orphus sistemi