İslamiadada götürülən dopinq-testlərin sayı açıqlanıb

İslamiadada götürülən dopinq-testlərin sayı açıqlanıb Prosesi ümumilikdə 32 nəzarətçi həyata keçirib
Fərdi
26 May , 2017 16:22
İslamiadada götürülən dopinq-testlərin sayı açıqlanıb

Bakı. 26 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 400-dək dopinq-test götürülüb. Bu barədə "Report"a Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynli məlumat verib.

Ş.Hüseynlinin sözlərinə görə, prosesi AMADA-nın 21, PWC-nin (Professional Worldwide Controls) isə 11 nəzarətçisi həyata keçirib. Öz tərəflərindən heç bir problemin olmadığını deyən icraçı direktor dopinq nümunələrinin Almaniyanın Drezden şəhərindəki laboratoriyaya göndərildiyini açıqlayıb. O, nəticələrin müvafiq beynəlxalq federasiyaların saytlarında yerləşdiriləcəyini əlavə edib. 

Son xəbərlər

Orphus sistemi