İslamiadada futbol matçlarını idarə etmək üçün AFFA iki hakimlər briqadası ayıracaq

İslamiadada futbol matçlarını idarə etmək üçün AFFA iki hakimlər briqadası ayıracaq Briqadaların tərkibi hələlik müəyyənləşməyib
Fərdi
10 Aprel , 2017 11:01
İslamiadada futbol matçlarını idarə etmək üçün AFFA iki hakimlər briqadası ayıracaq

Bakı. 10 aprel. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunlarında futbol matçlarını idarə etmək üçün Azərbaycandan iki hakimlər briqadası ayrılacaq. Bu barədə “Report”a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

O, bildirib ki, bununla bağlı İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən (AİHOƏK) AFFA-ya müraciət olunub. X.Məmmədovun sözlərin görə, briqadaların tərkibi hələlik müəyyənləşməyib: “Bununla bağlı bizə dünən müraciət olunub. İslamiadada futbol matçlarını idarə etmək üçün 2 referi və 6 köməkçi-hakim ayıracağıq. Lakin briqadaların tərkibini hələ müəyyənləşdirməmişik”.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 – 22 mayda Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi