İslamiada: Həndbolçuların mübarizəsində ilk turun görüşləri keçirilib

İslamiada: Həndbolçuların mübarizəsində ilk turun görüşləri keçirilib Türkiyə Mərakeşə çətinliklə, İraq İordaniyaya böyük hesabla qalib gəlib
Fərdi
9 May , 2017 22:01
İslamiada: Həndbolçuların mübarizəsində ilk turun görüşləri keçirilib

Bakı. 9 may. REPORT.AZ/ Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında bu gün həndbol yarışlarına start verilib.

"Report"un məlumatına görə, İslamiadanın ikinci yarış günündə kişi həndbolçulardan ibarət 8 yığma 2 qrupda, qadınlar isə 4 komandalı qrupda ilk turun oyunlarına çıxıblar.

Azərbaycanın hər iki millisi ilk tur matçlarından qalib ayrılıb. A qrupunda yer alan kişilərdən ibarət yığma Pakistana 7 top fərqi ilə qalib gəlib. Qrupun digər oyununda Səudiyyə Ərəbistanı Əlcəzairdən aşkar üstün olub. B qrupunda Türkiyə Mərakeşə çətinliklə, İraq İordaniyaya böyük hesabla qalib gəlib.

Qadınların mübarizəsində isə Azərbaycan yığması Kameruna çətinliklə qalib gəlibsə, Türkiyə Özbəkistanı böyük fərqlə yenib.

Həm kişi, həm də qadın həndbolçulardan ibarət komandalar növbəti turun oyunlarını mayın 10-da keçirəcəklər.

Həndbol

Qrup mərhələsi

9 may (çərşənbə axşamı)

Kişilər

A qrupu

09:00. Səudiyyə Ərəbistanı - Əlcəzair - 26:13 (13:6)

18:00. Pakistan - Azərbaycan - 43:36 (20:15)

B qrupu

11:15. Mərakeş - Türkiyə - 24:27 (8:12)

20:15. İraq – İordaniya 37:15 (20:7)

Qadınlar

13:30. Tükiyə - Özbəkistan - 37:21 (16:8)

15:45. Kamerun - Azərbaycan - 26:28 (14:18)

"Sərhədçi" İdman Olimpiya Mərkəzi

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi mayın 12-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi