İslamiada: Fələstin yığması Omanla görüşdə qələbəni əldən verib

İslamiada: Fələstin yığması Omanla görüşdə qələbəni əldən verib B qrupunda ilk tura yekun vurulub
Fərdi
8 May , 2017 18:22
İslamiada: Fələstin yığması Omanla görüşdə qələbəni əldən verib

Bakı. 8 may. REPORT.AZ/ Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışında B qrupu üzrə ilk tura yekun vurulub.

"Report"un məlumatına görə, "Bayıl Arena"da keçirilmiş görüşdə Türkiyə millisi Əlcəzairə uzatma dəqiqələrində vurulan penalti qolu ilə uduzub - 1:2. Qarşılaşmanı FİFA referisi Əliyar Ağayevin başçılığı altında azərbaycanlı hakimlər briqadası idarə edib. Digər oyunda Fələstin Omanla heç-heçə edib - 2:2. "Bayıl Arena"da keçirilmiş görüşdə Fələstin iki dəfə hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib.

Bu nəticələrdən sonra Əlcəzair 3 xalla B qrupuna başçılıq edir. Sonrakı yerlərdə hərəyə 1 xala malik Omanla Fələstin qərarlaşıb. Xalı olmayan Türkiyə isə qrup sonuncusudur.

Qeyd edək ki, A qrupunun açılış oyununda Mərakeş Səudiyyə Ərəbistanını yenib - 1:0. Azərbaycan - Kamerun matçı isə saat 18:30-da başlanacaq.  

Son xəbərlər

Orphus sistemi