İslamiada: Azərbaycanın güllə atıcısı 3-cü dəfə qızıl medal qazanıb

İslamiada: Azərbaycanın güllə atıcısı 3-cü dəfə qızıl medal qazanıb Ruslan Lunyov bu dəfə 25 metr məsafəyə standart tapançadan atəş açma yarışında qalib olub
Fərdi
15 May , 2017 14:56
İslamiada: Azərbaycanın güllə atıcısı 3-cü dəfə qızıl medal qazanıb

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən güllə atıcısı Ruslan Lunyov daha bir qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, Lunyov 25 metr məsafəyə standart tapançadan atəş açma yarışında 573 xalla 1-ci yeri tutub.

Qətərli Ahmet Zayed əl-Şamari 569 xalla gümüş, türkiyəli Özgür Varlık 562 xalla bürünc medala yiyələnib.

Qeyd edək ki, bu, Ruslan Lunyovun İslamiadada 3-cü, Azərbaycanın 27-ci qızıl medalıdır. 

Son xəbərlər

Orphus sistemi