İslamiada: Azərbaycan sərbəst güləşçiləri 2 qızıl, 1 gümüş medal qazanıblar - YENİLƏNİB-3

İslamiada: Azərbaycan sərbəst güləşçiləri 2 qızıl, 1 gümüş medal qazanıblar - YENİLƏNİB-3 Medalları Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Mehriban Əliyeva təqdim edib
Fərdi
19 May , 2017 20:03
İslamiada: Azərbaycan sərbəst güləşçiləri 2 qızıl, 1 gümüş medal qazanıblar - YENİLƏNİB-3
Report.az

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Nurməhəmməd Hacıyev qızıl medal qazanıb.

"Report"un məlumatına görə,97 kq çəki dərəcəsində yer alan Hacıyev finalda iranlı Amir Mohammadini yenib - 9:2.

Beləliklə, Azərbaycan sərbəst güləşçiləri günü 2 qızıl, 1 gümüş medalla başa vurublar. 

*** 18:45

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Məhəmməd Müslümov gümüş medal qazanıb.

"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində yer alan Müslümov finalda iranlı Meysam Nəsiriyə uduzub - 3:5.

Qeyd edək ki, bu, sərbəst güləşdə ikinci medal olub.

*** 18:20

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Mahir Əmiraslanov qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində yer alan Əmiraslanov finalda qazaxıstanlı Jandos İsmayılovu məğlub edib.  

Qeyd edək ki, bu, sərbəst güləşdə ilk medal olub. 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

*** 12:02

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə start verilib. "Report"un məlumatına görə, bu gün pəhləvanlar 4 çəki dərəcəsində çıxış edirlər.

Azərbaycan təmsilçilərindən 3-ü görüşlərini böyük üstünlüklə başa vuraraq, finala yüksəlib. Yalnız Cəbrayıl Həsənov (74 kq) ilk görüşündə uduzaraq, mübarizəni dayandırıb.

Sərbəst güləş

57 kq

Final. Mahir Əmiraslanov - Jandos İsmayılov (Qazaxıstan) - 5:4

1/2 final. Mahir Əmiraslanov - Uzun Nebi (Türkiyə) - 13:2

1/4 final. Mahir Əmiraslanov - Roland Tambi Nforsonq (Kamerun) -tam üstünlüklə vaxtından əvvəl qələbə

65 kq

FİNAL. Məhəmməd Müslümov - Meysam Nəsiri (İran) - 3:5

1/2 final. Məhəmməd Müslümov - Malik Jan Sadid (Əfqanıstan) - tam üstünlüklə vaxtından əvvəl qələbə

1/4 final. Məhəmməd Müslümov - Mabunda Kumba Mabali (Qvineya-Bissau) - tam üstünlüklə vaxtından əvvəl qələbə

1/8 final. Məhəmməd Müslümov - Aşi İnnosent Abbe (Kot dİvuar) - 11:0

74 kq

1/8 final. Cəbrayıl Həsənov - Peyman Yarəhmədi (İran) - 1:3

97 kq

FİNAL. Nurmaqomed Hacıyev - Amir Mohammadi (İran)

1/2 final. Nurmaqomed Hacıyev - Abdallah Karem (Suriya) - 9:0

1/4 final. Nurmaqomed Hacıyev - Yusup Melejayev (Türkmənistan) - tam üstünlüklə vaxtından əvvəl qələbə

Heydər Əliyev adına İdman Arenası

FOTO: Elşən Baba

Son xəbərlər

Orphus sistemi