Bakı. 20 may. REPORT.AZ/ Azərbaycanın 2 para-atleti "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında medal qazanıb. "Report"un məlumatına görə, onlar kişilər arasında T11 kateqoriyasında uzununa tullanma yarışında fərqləniblər.
Elçin Muradov 5,76 metr nəticə ilə qızıl, Zeyniddin Bilalov 5,22 metr göstərici ilə bürünc medala sahib olub. Gümüş medalı isə 5,28 metr uzununa tullanan indoneziyalı Abdul Dalimunte əldə edib.