Azərbaycan karateçiləri İslamiadanı 10 medalla başa vurublar - YENİLƏNİB-3

Azərbaycan karateçiləri İslamiadanı 10 medalla başa vurublar - YENİLƏNİB-3 Bu gün daha 5 medal qazanılıb
Fərdi
14 May , 2017 20:54
Azərbaycan karateçiləri İslamiadanı 10 medalla başa vurublar - YENİLƏNİB-3

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycan karateçiləri "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarını 10 medalla başa vurub. "Report"un məlumatına görə, bu gün daha 5 medal qazanılıb. 

Kişilərin mübarizəsində Ayxan Mamayev (84 kq) kimitedə, Roman Heydərov kata növündə qalib olub. Qadınlardan İrina Zaretska (68 kq) qızıl medala sahib olub. Finalda türkiyəli Meltem Hocaoğluna 2:6 hesabı ilə uduzan Fəridə Əliyeva (+68 kq) gümüş, Səudiyyə Ərəbistanından olan Tareq Hamedini 4:2 hesabı ilə yenən Asiman Qurbanlı (+84 kq) isə bürünc medala sahib olub. 

Qeyd edək ki, ilk yarış günündə Rafael Ağayev (75 kq) və Fəridə Abiyeva (61 kq) qızıl, İlahə Qasımova (55 kq) gümüş, Firdovsi Fərzəliyev (60 kq) və Nuranə Əliyeva (50 kq) bürünc medala sahib olub.

*** 19:56

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən karateçi Ayxan Mamayev qızıl medal qazanıb. "Report"un məlumatına görə, 84 kq çəki dərəcəsində çıxış edən Mamayev finalda türkiyəli Alparslan Yamanoğlunu yenib - 1:0.

**** 19:53

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən karateçi Roman Heydərov qızıl medal qazanıb. "Report"un məlumatına görə, kata yarışında çıxış edən Heydərov finalda türkiyəli Mehmet Yakanı üstələyib - 3:2.

*** 19:48

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın karateçi İrina Zaretska qızıl medal qazanıb. "Report"un məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən Zaretska finalda türkiyəli Eda Eltemuru məğlub edib - 6:0.

Bu, Azərbaycan karateçilərinin İslamiadada 3-cü qızıl medalı, ümumilikdə isə 6-cı medalı olub.

Son xəbərlər

Orphus sistemi