İran tarixində ilk dəfə qadın idmançı olimpiya medalı qazanıb

İran tarixində ilk dəfə qadın idmançı olimpiya medalı qazanıb Bu ilkə "Rio-2016" Yay Olimpiya Oyunlarında Kimyə Əlizadə Zenurin imza atıb
Fərdi
19 Avqust , 2016 13:23
İran tarixində ilk dəfə qadın idmançı olimpiya medalı qazanıb

Bakı. 19 avqust. REPORT.AZ/ İran tarixində ilk dəfə qadın idmançı olimpiya medalı qazanıb. 

"Report" NTV telekanalına istinadən xəbər verir ki, bu ilkə "Rio-2016" Yay Olimpiya Oyunlarında Kimyə Əlizadə Zenurin imza atıb. 

İranlı taekvondoçu Misir idmançısı Hedaya Vahbaya qalib gələrək, 57 kq çəki dərəcəsində bürüncü mükafat qazanıb. 

Qeyd edək ki, Kimyə Əlizadə Zenurin 1998-ci il iyulun 10-da İranın Kərəc şəhərində anadan olub. 

Son xəbərlər

Orphus sistemi