Futbol üzrə Azərbaycan milli komandası İslamiadada ilk qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan milli komandası İslamiadada ilk qələbəsini qazanıb Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv A qrupunda lider olub
Fərdi
11 May , 2017 20:25
Futbol üzrə Azərbaycan milli komandası İslamiadada ilk qələbəsini qazanıb

Bakı. 11 may. REPORT.AZ/ Bakıda keçirilən lV İslam Həmrəyli Oyunlarında futbol üzrə qrup mərhələsinin II turuna yekun vurulub. 

"Report"un məlumatına görə, son matçda 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb. Matç Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektivin 2:0 hesablı qalibiyyəti ilə yekunlaşıb. Turnirdə qazandığı ilk qələbə sayəsində xalını 4-ə çatdıran yığma vurulan qollardakı say üstünlüyünə görə 1-i pilləyə yüksəlib.

Qeyd edək ki, A qrupunun digər matçında Kamerun və Mərakeş komandaları heç-heçə ediblər - 1:1.
Bu nəticələrdən sonra Azərbaycanla eyni xala malik Mərakeş yığması ilə 2-ci pillədə yer alıb. Kamerun 2 xalla 3-cü pillədə qərarlaşdığı halda, keçirdiyi hər iki oyunda uduzan Səudiyyə Ərəbistanı qrupdan çıxmaq şansını itirib.

Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv sonuncu turda Mərakeşlə üz-üzə gələcək. Oyun mayın 15-də baş tutacaq.

11 may (cümə axşamı)

Qrup mərhələsi, II tur
A qrupu

Azərbaycan - Səudiyyə Ərəbistanı 2:0
Qol: Elşən Abdullayev, 66. Ağabala Ramazanov, 80
"Bayıl Arena"

Son xəbərlər

Orphus sistemi