​Fransalı gimnast Rio-2016-da ayağını qırıb

​Fransalı gimnast Rio-2016-da ayağını qırıb Samir Ait Səid xəstəxanaya yerləşdirilib
Fərdi
7 Avqust , 2016 05:51
​Fransalı gimnast Rio-2016-da ayağını qırıb

Bakı. 7 avqust. REPORT.AZ/ Fransalı gimnast Samir Ait Səid 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının təsnifat yarışları zamanı dayaq sıçrayışından sonra yerə uğursuz eniş edib və ayağını qırıb.

"Report" xəbər verir ki, Samir Ait Səidə ayağının böyük və kiçik baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

O, halqa ilə hərəkətlərdə 2013-ci ilin Avropa çempionu, həmçinin Avropa çempionatının beşqat mükafatçısıdır.

Olimpiya Oyunlarına avqustun 21-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi