Firdovsi Umudov: "Biz bu qələbəni aprel döyüşlərindəki şəhidlərimizə həsr edirik"

Firdovsi Umudov: "Biz bu qələbəni aprel döyüşlərindəki şəhidlərimizə həsr edirik" "Bu tək bizim qələbəmiz deyil, eyni zamanda bütün Azərbaycanımızın qələbəsidir"
Fərdi
24 Avqust , 2016 07:24
Firdovsi Umudov: Biz bu qələbəni aprel döyüşlərindəki şəhidlərimizə həsr edirik

Bakı. 24 avqust. REPORT.AZ/ "Bütün xalqımızı təbrik edirəm. Bu tək bizim qələbəmiz deyil, eyni zamanda bütün Azərbaycanımızın qələbəsidir".

"Report"un məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov deyib.

O bildirib ki, Olimpiya Oyunlarında 18 medal qazanmaq, çox möhtəşəm qələbədir:

"Sərbəst güləşçilərimiz 6 çəki dərəcəsində mübarizə aparırdı və 5 medal qazanaraq komanda hesabında birinci yerə çıxdılar. Komanda qızıla köklənmişdi. Lakin alınmadı. Bundan sonra da çalışacağıq ki, qələbələri davam etdirək. Biz aprel ayında uşaqlar ilə Göygöldə təlim-məşq toplanışında olanda, cəbhədə döyüşlər gedirdi, biz qələbəni o və ümumiyyətlə bütün şəhidlərimizə həsr edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Son xəbərlər

Orphus sistemi