Bakı. 12 avqust. REPORT.AZ/ Bu gün 2016-cı il Yay Olimpiya Oyunlarında Azərbaycan boksçusu Cavid Çələbiyev 56 kq. çəki dərəcəsində mübarizəyə qoşulub.
"Report" xəbər verir ki, Azərbaycan idmançısı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.
Boksçumuzun rəqibi qazaxıstanlı Kayrat Yeraliyev olub. Döyüşün nəticəsinə görə, Çələbiyev məğlub olub.