"Baku 2017"nin səfirinin video müraciəti təqdim olunub

"Baku 2017"nin səfirinin video müraciəti təqdim olunub Şeyx Səid bin Məktum “Grassroots” proqramının önəmindən danışıb
Fərdi
8 Fevral , 2017 19:48
Baku 2017nin səfirinin video müraciəti təqdim olunub

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) “Grassroots” proqramı çərçivəsində bu gün keçirilən təqdimetmə mərasimində "Baku 2017"nin digər ölkələrdən olan səfirləri haqqında videoçarx nümayiş olunub. 

"Report"un məlumatına görə, Dubay Kral ailəsinin nümayəndəsi Şeyx Səid bin Məktum bin Rəşid əl Məktumun video müraciəti də qonaqlara təqdim edilib.

Atıcılıq idmanı üzrə dünya və Asiya çempionu olan Şeyx Səid bin Məktum bin Rəşid əl Məktum bildirib ki, IV İslam Həmrəyliyi oyunlarında mübarizə aparacaq hər bir idmançının həyatında bu proqram çox mühüm rol oynayacaq: "Məhz “Grassroots” proqramının önəmi onun idman dəyərlərini ictimaiyyətə çatdırması ilə bərabər, eyni zamanda hər kəsi sülh, həmrəylik, hörmət və kamillik ətrafında daha sıx birləşməyə çağırmasıdır.“

Qeyd edək ki, IV İslam Həmrəyliyi bu il mayın 12-22-də Bakıda keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi