Azərbaycanlı boksçu Albert Səlimov Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 1/4 finala çıxıb

Azərbaycanlı boksçu Albert Səlimov Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 1/4 finala çıxıb Təmsilçimiz Devid Oliver Coysa 3:0 hesabı ilə qalib gəlib
Fərdi
10 Avqust , 2016 01:04
Azərbaycanlı boksçu Albert Səlimov Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 1/4 finala çıxıb

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Albert Səlimov ilk görüşünə çıxıb. 

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan dünya və ikiqat Avropa çempionunun rəqibi irlandiyalı Devid Oliver Coys olub.

Döyüş Səlimovun üstünlüyü şəraitində keçib. İkinci raundda irlandiyalı boksçunun qaşından qan açılıb. Buna baxmayaraq, hakimlər görüşü sonadək davam etdiriblər. 

Yekunda azərbaycanlı boksçu 3:0 hesabı ilə qalib gələrək, adını 1/4 finala yazdırıb. 

Növbəti mərhələdə rəqib fransalı Sofian Umiha olacaq.

Son xəbərlər

Orphus sistemi