Azərbaycanın qadın kayakçısı: "Bürünc medal çox yaxşı nəticədir" - MÜSAHİBƏ

Azərbaycanın qadın kayakçısı: "Bürünc medal çox yaxşı nəticədir" - MÜSAHİBƏ İnna Osipenko-Radomskaya: "Olimpiadada iştirakın özü bir zirvədir"
Fərdi
16 Avqust , 2016 17:41
Azərbaycanın qadın kayakçısı: Bürünc medal çox yaxşı nəticədir - MÜSAHİBƏ

Bakı. 16 avqust. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə bürünc medal qazanan Azərbaycan kayakçısı İnna Osipenko-Radomskaya Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir...

- Hansı hissləri keçirirsiniz?

- Ən xoş hissləri. Çünki bu olimpiadadır. Çox məsuliyyətli yarışdır. Belə yarışlara bütün həyatımız boyu hazırlaşırıq. Sadəcə, emosiyalarımı çatdırmaq çətindir. Bu, 40 saniyə çox dəyərlidir. Çoxlu iş, milyon km, qan-tər, əzab-əziyyət, zədələr deməkdir. Buna görə də olimpiadaya vəsiqə qazanıb start xəttinə çıxmağın özü bir nailiyyətdir. Finişə çatıb medal qazandıqda isə inanılmaz hisslər keçirirsən.

- Qazandığınız medaldan razısınız, yoxsa daha yüksək əyarlı medal gözləyirdiniz?

- Çox razıyam. Çünki hələ qarşıda 500 metr məsafəyə yürüş də var. Buna görə də 200 metr məsafəyə yürüşdə bürünc medal çox yaxşı nəticədir. 200 metr - çox sürətli məsafədir. Burada start və finiş xətləri arasında qısa məsafəni hesabını aparmaq mümkün deyil. Uğur, bəxt amili böyük rol oynayır. Ona görə də medalın əyarı önəmli deyil. Olimpiadanın fəxri kürsüsündə biz hamımız qalibik. Ona görə qalibik ki, milyonlarla insan məşğul olur, amma hamısı olimpiadaya vəsiqə qazana bilmir. Olimpiadada iştirakın özü bir zirvədir. Fəxri kürsüyə tullanma isə unudulmaz hissdir.

- Demək, 500 metr məsafəyə yürüşdən gözləntiləriniz daha böyükdür...

- Bilmirəm. Hər şey Allahın əlindədir. Mən çalışır, start xəttinə çıxır, mübarizə aparıram. Nəticənin necə olacağını zaman göstərər.

- Siz təkcə avarçəkmə növlərində deyil, bu gün olimpiadada ilk medalı qazandınız. Digər idmançılara nə arzulayırsınız?

- Heç vaxt təslim olmasınlar. Yalnız irəli. İşləmək lazımdır. Bizim əməyimiz heç vaxt mükafatsız qalmır. Necə deyərlər, son damla qana qədər dözmək lazımdır. Mübarizə aparmalı, didib-dağıtmalısan. 

Son xəbərlər

Orphus sistemi